Rusiyada koronavirusa yoluxanların sayı 14 922 nəfər artdıbackend

Rusiyada koronavirusa yoluxanların sayı 14 922 nəfər artdı

Operativ Qərargahın jurnalistlərə verdiyi məlumata görə, Rusiyada koronavirusa yoluxanlarda gündəlik artım 14.922 nəfər təşkil edib.

KONKRET.az xəbər verir ki, infeksiya halları ölkənin bütün 85 bölgəsində qeydə alınıb. Bundan əlavə, 4019 (% 26.9) klinik təzahürləri olmayan xəstələr müəyyən edilib.

Beləliklə, Rusiya Federasiyasında ümumilikdə 1.384.235 yoluxma halı qeydə alınıb.

Sağalan 8.617 nəfər xəstəxanadan buraxılub. Bu rəqəm cəmi 1.065.199-dir.

279 nəfər infeksiyadan ölüb. Vəfat edənlərin sayı 24. 002-yə çatıb.

COVID-19-a ən az yoluxma Çeçenistan (% 0,2), Çuvaşiya və Tatarıstanda (hər biri 0,5%) qeydə alınıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*