Rusiyada koronavirusa yoluxanların sayı 600 minə yaxınlaşdıbackend

Rusiyada koronavirusa yoluxanların sayı 600 minə yaxınlaşdı

Rusiyada 23 iyun çərşənbə axşamı tarixinə 599 705 koronavirus hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Əməliyyat Mərkəzi yayıb.

Mənbə bildirir ki, son gündə 7425 nəfərdə koronavirus tapılıb.

Bir gündə 153 nəfərin öldüyü deyilir. Bu rəqəm ümumilikdə 8 359-dur.

Ötən gün ərzində 12 013 nəfər, bütün dövr üçün isə 356 429 nəfər xəstəxanadan çıxıb.

Rusiya Federasiyasında koronavirus üçün 17,5 milyondan çox test keçirilib, 309 min adam tibbi nəzarətdədir.

Bir gün əvvəl Rusiya Federasiyasında 95 nəfər koronavirusdan ölmüşdü.

Qeyd edək ki, ölkədə hər gün minlərlə yeni koronavirus infeksiyası olmasına baxmayaraq, iyunun 24-də Moskvada hərbi parad keçiriləcək. Bir çox dünya lideri bu tədbirə gəlməkdən imtina edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*