Rusiyada koronavirusa yoluxanların sayı 795 mini keçdibackend

Rusiyada koronavirusa yoluxanların sayı 795 mini keçdi

Rusiyada son 24 saat ərzində 5848 yeni koronavirus infeksiyası qeydə alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı 23 iyulda Əməliyyat Qərargahı yayıb.

Yeni yoluxma halları ölkənin 83 bölgəsində qeydə alınıb.

“Rospotrebnadzor”un verdiyi məlumata görə, bütün dövr ərzində 26 milyon laboratoriya müayinəsi (son gündə 296 min) aparılıb.

Son bir gündə 147 xəstə koronavirus infeksiyası nəticəsində ölüb. Ən çox hadisə Sankt-Peterburqda – 19 və Moskvada – 14 qeydə alınıb.

Ölkədə koronavirus qurbanlarının ümumi sayı 12 min 892 nəfərə çatıb. Ümumilikdə, pandemiya başlayandan bəri 795 038 nəfərdə koronavirus aşkar edilib ki, onlardan 580,330 xəstə sağalıb, 267.315 nəfər tibbi nəzarətdədir.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*