Rusiyada körpülərin uçması terror aktı adlandırıldıbackend

Rusiyada körpülərin uçması terror aktı adlandırıldı

Rusiyanın Kursk və Bryansk vilayətlərində körpülərin uçması partlayışlar törədilməsi nəticəsində baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (İK) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, İK hər iki hadisəni terror aktı kimi təsnif edib. Cinayət işi qaldırılıb. İş baxılması üçün İK-nin Baş İstintaq İdarəsinə verilib.

Qeyd edək ki, mayın 31-də Bryanskda sərnişin qatarı hərəkət edərkən körpü uçub. İyunun 1-nə keçən gecə isə Kurskda körpünün uçması nəticəsində hərəkətdə olan yük lokomotivi relsdən çıxaraq aşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*