Rusiyada MDB ölkələrindən 700 mindən çox qanunsuz miqrant varbackend

Rusiyada MDB ölkələrindən 700 mindən çox qanunsuz miqrant var

“Hazırda Rusiyada MDB ölkələrindən olan 700 mindən çox qanunsuz miqrant var”.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy xarici ölkələrin səfirləri ilə onlayn keçirilən görüşdə deyib.

Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukrayna nümayəndələri iştirak edib.

A.Qorovoyun sözlərinə görə, bu il Rusiyada xarici ölkə vətəndaşları tərəfindən törədilən cinayətlərin sayı 5% artıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*