Rusiyada “Mi-2” helikopteri qəzaya düşdü – Pilotlar və sərnişinin taleyi naməlumdurbackend

Rusiyada “Mi-2” helikopteri qəzaya düşdü - Pilotlar və sərnişinin taleyi naməlumdur

Rusiya Federasiyasına daxil olan Udmurtiya respublikasında helikopter qəzaya düşüb.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, insident Bakı vaxtı ilə 15:00-da Yakşur-Bodinski adlı bölgədə baş verib.

Helikopter neft kəmərinə baxış keçirirmiş. İlkin məlumata görə, nəqliyyat vasitəsi Kazandan havaya qalxıb. Hazırda qəzanın detalları araşdırılır. Xilasedicilər hadisə yerinə yollanıb.

“İnterfaks”ın məlumatına görə, qəzaya düşən helikopter “Mi-2” tiplidir. Göyərtəsində iki pilot və bir sərnişin olub. Hələ ki, onların taleləri barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*