Rusiyada müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildibackend

Rusiyada müharibədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi

İyunun 22-də “Anım və Kədər günü”ndə ölkənin bütün bölgələrində baş tutan Ümumrusiya aksiyası çərçivəsində Böyük Vətən Müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

KONKRET.az xəbər verir ki, hökumət 2020-ci ildə bir dəqiqəlik ümumrusiya sükutu keçirmək üçün Moskva vaxtı ilə saat 12:15-ni təyin edib.

Rusiya Prezidenti Vladimir Putin Nasistlərin SSRİ-yə hücumunun 79-cu ildönümü münasibətilə Aleksandr bağındakı “Naməlum Əsgər”in məzarı önünə əklil qoyub.

Prezident alayının yürüşündən sonra dövlət başçısı bir dəqiqəlik sükutda iştirak edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*