Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandıbackend

Rusiyada öldürülən qardaşların dəfn yeri açıqlandı

Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərov Ağcabədidə dəfn ediləcək.

KONKRET.az “Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhumların qardaşı Seyfəddin Hüseynli deyib.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Basqın zamanı Ziyəddin və Hüseyn Səfərov döyülərək öldürülüblər. Hadisə zamanı bir neçə azərbaycanlı da saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*