Rusiyada pirotexniki vasitələr satılan mağaza partlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat verib və hadisənin videosunu yayıb.
Qeyd olunur ki, hadisə zamanı Mineralnıye Vodı şəhəri ərazisində yol kənarındakı ticarət obyektində yanğın nəticəsində pirotexniki vasitələr partlayıb.
Hadisə dekabrın 22-də səhər saatlarında Puşkin küçəsində baş verib. Yoldan keçən avtomobildən kamera tərəfindən çəkilən görüntülərdə obyektdə güclü partlayış baş verdiyi, pirotexniki vasitələrdən uçan qığılcımların söndüyü görünür.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 50 dəqiqə ərzində söndürülüb.