Rusiyada prezident mühafizəsinin polkovnik-leytenantı intihar etdibackend

Rusiyada prezident mühafizəsinin polkovnik-leytenantı intihar etdi

Rusiya Federal Mühafizə Xidmətinin (FMX) polkovnik-leytenantı Moskvada intihar edib.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla bildirib.

Məlumata görə, Tsander küçəsində (Ostankino rayonu) Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin əməkdaşı, şöbə müdirinin müavini, polkovnik-leytenantın meyiti tapılıb.

Mənbənin dediyinə görə, zabitin evində son addımını könüllü atmağa qərar verdiyi barədə intihar məktubu tapılıb.

Buna baxmayaraq, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparacaq.

FMX – əsas funksiyası prezident də daxil olmaqla yüksək vəzifəli məmurların, habelə federal orqanların binalarının təhlükəsizliyini təmin etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*