Rusiyada qadını öldürən 50 yaşlı kişi Ermənistanda həbs olundubackend

Rusiyada qadını öldürən 50 yaşlı kişi Ermənistanda həbs olundu

Bir neçə il əvvəl Rusiyada törədilmiş qətl hadisəsi ilə əlaqədar bir Ermənistan vətəndaşı həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə bazar ertəsi Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Komitənin Armavir Regional İstintaq İdarəsində qəsdən adam öldürmə işi üzrə ibtidai istintaqın başa çatdığı qeyd olunur. Müstəntiqlər cinayətin bir sıra şərtlərini və motivlərini aşkar ediblər.

Armavir bölgəsinin 50 yaşlı sakini 7-8 oktyabr 2015-ci il tarixlərində Rusiyanın Leninqrad vilayətində şəxsi problemlərə görə tanış qadınla dalaşıb. Nəticədə ona kəsici alətlərlə çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən ölüb.

Bir neçə gün sonra, oktyabrın 12-də qadının cəsədi eyni ərazidəki boru kəmərinin yaxınlığındakı zibil qutularından birində tapılıb.

Erməni qətl maddəsi ilə ittiham olunur. Həbs ona qarşı qabaqlayıcı tədbir kimi seçilib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*