Rusiyada “qara avqust” yaxınlaşır, hazır olun – erməni mediası yenə Moskvanı yıxıb sürüdübackend

Rusiyada “qara avqust” yaxınlaşır, hazır olun – erməni mediası yenə Moskvanı yıxıb sürüdü

Kreml araşdırmaçılarının fikrincə, Rusiya hakimiyyəti iyul-avqust aylarında rublun “üzən məzənnəyə” keçidini və büdcə xərclərini azaltmaq (sekvestr) imkanlarını müzakirə edir.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın lragir.am saytı yazır.

Mənbə bildirir ki, baş nazir Mişustin, eləcə də maliyyə və iqtisadi blokun nazirləri vəzifəsindən azad ediləcək.

Putin administrasiyasında böyük kadr dəyişiklikləri gözlənilir.

Mütəxəssislər sosial-iqtisadi çökmə mənasında Rusiya üçün avqust ayının kədərli olacağını xatırladır.

Rusiya Ermənistan üçün qaz qiymətlərinin endirilməsindən imtina etməsinə baxmayaraq, həm neftin qiymətinin aşağı düşməsi, həm də Rusiya meqa boru xətlərinin uğursuz olması səbəbindən qlobal enerji bazarındakı böyük itkiləri kompensasiya edə bilməyəcək.

Eyni mənbə Rusiyadan külli miqdarda pulun çıxarıldığını bildirir.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*