Rusiyada Qələbə Paradında ayaqqabısını itirən qız mükafatlandırıldıbackend

Rusiyada Qələbə Paradında ayaqqabısını itirən qız mükafatlandırıldı

Baltik Donanmasının nümayəndəsi Roman Martov Kalininqraddakı Qələbə Paradında ayaqqabısını itirən qıza mükafat verildiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yazır.

Mənbə bildirir ki, donanma komandiri admiral Aleksandr Nosatov qıza xatirə medalı, diplom və bir buket çiçək hədiyyə edib.

Mükafatın miçman və zabitlərin iştirakı ilə verildiyi qeyd olunur.

Daha əvvəl məlum olub ki, Kalininqraddakı Qələbə Paradında qız ayaqqabısını itirib, qaydanı pozmayaraq yürüşə davam edib.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*