Rusiyada saxta spirt istehsalçılarına qarşı peyk məlumatlarından istifadə ediləcəkbackend

Rusiyada saxta spirt istehsalçılarına qarşı peyk məlumatlarından istifadə ediləcək

Rusiyada dekabrın 3-dən etibarən tənzimləyici orqanlar saxta spirt istehsalçılarını müəyyən etmək üçün kosmosdan alınan məlumatlardan istifadə etməyə başlayacaqlar.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin dekabrın 3-dən qüvvəyə minən  əmrində deyilir: “İstehsalatda sui-istifadə hallarının baş verdiyi müəssisələri axtararkən nəzarətçilər binalardan istilik radiasiyasının səviyyəsinin dəyişməsinə, tüstünün mövcudluğuna, eləcə də obyektlərin yaxınlığında dəmir yolu və yük nəqliyyatının hərəkətinə nəzarət edəcəklər. Bu məlumatlar Yerin kosmosdan uzaqdan zondlanmasından istifadə etməklə əldə edilə bilər”. Bundan əvvəl İqtisadi İnkişaf Nazirliyi “Platforma iqtisadiyyatı haqqında” qanun layihəsində bazarların əmtəə nişanlarının və əqli mülkiyyət hüquqlarının pozulmasına görə məsuliyyətdən azad edilməsini təklif edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*