Rusiyada saxtakarlıq səbəbindən mobil və stasionar telefonlara internet zəngləri qadağan edilibbackend

Rusiyada saxtakarlıq səbəbindən mobil və stasionar telefonlara internet zəngləri qadağan edilib

Rusiya hökuməti internet üzərindən mobil və stasionar telefonlara zəng etmək imkanını ləğv edib.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu tədbirlər telefon fırıldaqlarını məhdudlaşdırmaq üçün həyata keçirilib. Səsli bildirişlə internet məlumat ötürülməsi xidməti rabitə xidmətlərinin siyahısından çıxarılıb. Rusiya hökumətinin verdiyi bəyanatda deyilir: “Fırıldaqçılar belə texnologiyalardan tez-tez istifadə edirdilər. Çünki bu, onlara telefon nömrələrini dəyişməyə imkan verirdi. İndi telefon fırıldaqçılığının bu forması ciddi şəkildə məhdudlaşdırılacaq”. Səlahiyyətlilər bunun adi telefon istifadəçilərinə heç bir şəkildə təsir etməyəcəyinə əmin ediblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*