Rusiyanın Primorsk diyarı prokurorluğu yetkinlik yaşına çatmayanların alverində şübhəli bilinən səkkiz tibb işçisinə qarşı ittihamları təsdiqləyib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, məlumata görə, 2018-2020-ci illərdə həkimlər saxta tibbi sənədlərlə 13 yeni doğulmuş uşağı xaricə satmaq üçün əməliyyatlar həyata keçiriblər. Onlar bu işdən 53 milyon rubldan çox gəlir əldə ediblər. Cinayətkarlıq məqsədilə sonsuzluğun müalicəsi adı altında köməkçi reproduktiv texnologiyalardan istifadə olunub.
İş məhkəməyə göndərilib, təqsirləndirilənləri 15 ilə qədər həbs cəzası gözləyir.