Rusiyada son gündə 176 nəfər COVID-19-dan öldübackend

Rusiyada son gündə 176 nəfər COVID-19-dan öldü

Rusiyada son 24 saat ərzində 176 nəfər COVID-19-dan dünyasını dəyişib, ümumilikdə bu rəqəm 9 859 olub.

KONKRET.az xəbər verir ki, bu barədə koronavirusla bağlı yaradılan Əməliyyat Qərargahında jurnalistlərə məlumat verilib.

Rusiyanın 84 bölgəsində son gündə COVID-19-a yoluxan  6718 xəstə aşkar edilib.

Ən çox yoluxanlar Moskvada qeydə alınıb – 659.

Digər bölgələrdə isə vəziyyət belədir: Moskva vilayəti – 298, Xantı-Mansiysk İnzibati Dairəsi – 271, Sankt-Peterburq – 263 və İrkutsk vilayəti – 249.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*