Rusiyada son gündə koronavirusdan 93 nəfər öldübackend

Rusiyada son gündə koronavirusdan 93 nəfər öldü

Rusiyada son bir gündə əməliyyat qərargahının məlumatlarına əsasən koronavirus infeksiyası nəticəsində 93 ölüm hadisəsi qeydə alınıb.

KONKRET.az xəbər verir ki, ən çox ölüm Moskvada (23) və Sankt-Peterburqda (19) qeydə alınıb.

Beləliklə, ölkədə koronavirus qurbanlarının ümumi sayı 9166 nəfərə çatıb, pandemiyanın başlanğıcından 641 156 nəfərdə koronavirus aşkar edilib, 403 430 xəstə sağalıb, 297 min adam tibbi nəzarətdədir.

Babək Göyüş                                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*