Rusiyada Türk generalının kitabı çıxdı: “Ötən gün haqqında”backend

Rusiyada Türk generalının kitabı çıxdı: “Ötən gün haqqında”

Rusiya Coğrafiya Cəmiyyətində Rusiya Müdafiə naziri, milliyətcə atası tərəfdən Tuva Türkü olan Sergey Şoyqunun “Ötən gün haqqında” kitabının təqdimatı keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı 15 oktyabr cümə axşamı REN TV yayıb.

320 səhifəlik kitabın min nüsxə tirajla buraxıldığı qeyd olunur. Bu, Şoyqunun dediyinə görə öz xatirələri deyil, nazirin həyatında rastlaşdığı insanlar və zəhmətkeşlər haqqında bir kitabdır.

Kitab “Böyük vaxt. Böyük adlar” nəşr seriyasına daxil edilib.

Əsərdə Şoyqunun Fövqəladə Hallar Nazirliyinin (1994-2012) rəhbəri olduğu dövrdən, xüsusilə Nefteqorskdakı insanları dağıntılar altından qurtarma əməliyyatından bəhs olunur. “Bir dəqiqəlik sükut” fikri o vaxt ortaya çıxıb.

Kitabda ilk “sükut dəqiqəsindən” sonra insanların dağıntılar altında qaldıqları 20 nöqtənin tapıldığı deyilir.

1995-ci ilin mayında Saxalində baş verən zəlzələ Nefteqorsk qəsəbəsini tamamilə dağıdıb.

Xilasetmə əməliyyatları zamanı xarabalıqların altında qalan 2364 nəfərdən 406 nəfər diri-diri çıxarılıb, bunlardan 37-si daha sonra ölüb. Ümumilikdə 2040 nəfər dünyasını dəyişib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*