Rusiyada uşaqların internetə çıxışı MƏHDUDLAŞDIRILIRbackend

Rusiyada uşaqların internetə çıxışı MƏHDUDLAŞDIRILIR

Moskva Dövlət İdarəetmə Universitetinin mütəxəssisləri uşaqların internetə çıxışı qaydalarının sərtləşdirilməsi ilə bağlı Dövlət Dumasına təkliflər göndəriblər.

KONKRET.az xəbər verir ki, bu barədə “İzvestiya” Dövlət Dumasının deputatlarına istinadən məlumat yayıb.

Bildirilib ki, yeniyetmələrin təxminən 72%-i internetdə zorakılıq səhnələri və digər xoşagəlməz məzmunlu materiallara baxır. Uşaqların 28%-i isə internetdə təqib və təhdidlərə məruz qalır.

Mütəxəssislər hesab edir ki, sosial şəbəkələrdə qeydiyyat pasport məlumatlarından istifadə edilməklə, əsl adı göstərilməklə və sənədin elektron formada təqdim edilməklə həyata keçirilməlidir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*