Rusiyada yaşayan Özbəkistan vətəndaşı ərini bıçaqladıbackend

Rusiyada yaşayan Özbəkistan vətəndaşı ərini bıçaqladı

Rusiyanın Samara şəhərinin Çeremşanskaya küçəsindəki bir mənzildə həyat yoldaşını öldürən 53 yaşlı Özbəkistan əsilli qadın ümumi rejim koloniyasında dörd il yarım cəza çəkəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Samaranın Kirov rayon prokurorluğu yayıb.

Mənbə bildirir ki, qadın bu ilin 1 yanvar gecəsi əri ilə mübahisə edib. Mübahisə zamanı o, ərini mətbəx bıçağı ilə bıçaqlayıb. Sonra yatmağa gedib, əri isə qan axmadan dünyasını dəyişib.

Məhkəmə ekspertizasının təyin etdiyi kimi, kişi sağ bud nahiyəsinə endirilən bıçaq zərbəsindən sonra ölüb.

Prokurorluqdan bildiriblər ki, arvada verilən hökm hələ qüvvəyə minməyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*