“Rusiyada yol qəzasında xəsarət alan azərbaycanlının vəziyyəti orta-ağır olaraq qalır”backend

"Rusiyada yol qəzasında xəsarət alan azərbaycanlının vəziyyəti orta-ağır olaraq qalır"

Rusiyanın Stavropol diyarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarından birinin vəziyyəti ağır olaraq qalır.

KONKRET.AZ bildirir ki, bu barədə “Report”un Rusiya bürosuna Stavropol vilayətində “Odlar Yurdu” Azərbaycan Milli Mədəni Mərkəzinin prezidenti Fəxrəddin Yarıyev məlumat verib.

“Babaşah Həşimovun vəziyyəti orta ağır olaraq qalır. Hazırda, o, Stavropol şəhərinin 4 nömrəli mərkəzi xəstəxanadadır. Həşimova süni nəfəs aparatı qoşulub. Biz bütün xəstələri ziyarət edərək, durumları ilə maraqlanırıq”, – F.Yarıyev diqqətə çatdırıb.

Hadisə ilə bağlı vilayət rəhbərliyinə və Azərbaycanın Rusiyadakı səfirliyinə də məlumatın verildiyini qeyd edən diaspor sədri zərərçəkənlərin vəziyyətlərinin nəzarətdə saxlandığını qeyd edib: “Hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə və vilayət qubernatoruna məlumat vermişik. Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov tibb işçilərinə göstəriş verib ki, zərərçəkənlərə bütün lazımı tibbi yardım göstərilsin. Hadisə ilə əlaqəli bütün dövlət qurumlarına müraciət etmişik ki, ciddi nəzarət olunsun. Bir neçə günə bəzi zərərçəkənlər evə buraxılacaq”.

Qeyd edək ki, noyabrın 4-ü axşam saatlarında Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*