Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədr müavini Andrey Svintsov bildirib ki, yaxın vaxtlarda Rusiyada “Instagram”ı əvəz edəcək yeni sosial şəbəkə istifadəyə verilə bilər.
KONKRET.az “Caliber”ə istinadən xəbər verir ki, Rusiyanın İT şirkətləri artıq xarici xidmətin analoqlarını hazırlayır, lakin bu gün ölkədə Max messenger ekosisteminə inteqrasiya olunmuş sosial platforma yoxdur.
“Oxşar xidmət mütləq Max messencerinin perimetri daxilində yaradılacaq. Layihənin müəllifləri deyirlər ki, bu, YouTube, Instagram, Telegram və bizim öyrəşdiyimiz hər şeyi əvəz edə biləcək bir növ rəqəmsal qlobal ekosistem olacaq”, – Svintsov bildirib.
O əlavə edib ki, yeni sosial şəbəkə televiziyada qüvvədə olan məhdudiyyətlərə bənzər məhdudiyyətlər tətbiq edə bilər: alkoqol, tütün reklamı və bloqerlər tərəfindən “təhlükəli hobbilərin” təşviqi qadağan ediləcək.
Bundan əlavə, orada əxlaqsız məzmun dərc etmək mümkün olmayacaq.
Dəniz Pənahova