Rusiya ABŞ və İran arasında nüvə məsələsi ilə bağlı danışıqlarda vasitəçilik etməyə razılaşıb.
KONKRET.az xəbər verir ki, bu məsələ fevral ayında ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı zamanı müzakirə olunub.
Ər-Riyadda iki ölkənin xarici işlər nazirliklərinin rəhbərləri arasında keçirilən danışıqlarda da bu məsələ qaldırılıb. Birgə Kompleks Fəaliyyət Planı kimi tanınan razılaşma 2015-ci ildə əldə olunub.
İran və ABŞ-dan başqa, Böyük Britaniya, Fransa, Almaniya, Aİ, Rusiya və Çin tərəfindən imzalanıb. 2018-ci ildə prezident Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını ala bilməyəcəyini deyərək müqavilədən çıxıb.
Ukraynadakı müharibədən sonra Qərb ölkələri, ilk növbədə ABŞ faktiki olaraq Rusiyanı boykot elan edib. Tramp Çinlə qarşıdurmada onun dəstəyinə arxalanaraq, Putinlə yaxınlaşma kursunu müəyyənləşdirib və Ukraynanın hesabına əhəmiyyətli güzəştlərə getməyə hazır olduğunu bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az