Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın azalıbbackend

Rusiyadan Azərbaycana pul köçürmələri 3 dəfəyə yaxın azalıb

2023-cü ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 829 milyon 410 min dollar pul baratları göndərilib.

KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ili müvafiq dövrü ilə müqayisədə 2.7 dəfə və ya 1 milyard 437,9 milyon dollar azalıb. 2022-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 2 milyard 267.3 milyon dollar pul baratları daxil olub.

Qeyd edək ki, hesabat dövründə Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul vəsaitləri, ölkəyə bu qəbildən ümumi daxilolmaların 64.8%-ni təşkil edib. //APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*