Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, NATO Cənubi Qafqazda mövcudluğunu gücləndirmək cəhdlərini davam etdirir.
KONKRET.az bildirir ki, o, bunu brifinq zamanı deyib.
Zaxarovanın sözlərinə görə, NATO-nun hərəkətləri region ölkələrinin resurslarından və potensialından kollektiv Qərbin maraqları naminə, xüsusən də Rusiya ilə mövcud geosiyasi qarşıdurma fonunda istifadəyə yönəlib.
“Onlara postsovet məkanında bərabərhüquqlu münasibətlər lazım deyil. Onlar resursları götürməli, ölkələri bir-birinə qarşı qoymalı və özlərini tipik müstəmləkəçilər, imperialistlər kimi aparmalıdırlar. Ümid edirik ki, region ölkələri, o cümlədən Ermənistan və Azərbaycan NATO ilə qarşılıqlı əlaqələrin dərinləşməsi risklərini dərk edirlər. Bu, hamıya məlumdur. Alyansın mövcudluğunu gücləndirdiyi regionlarda adətən qarşıdurma alovlanır, gərginlik artır, “sülh” və “sabitlik” kimi anlayışlar Qərbin təbliğ etdiyi “yeni norma” ilə əvəzlənir”, – Zaxarova vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az