“KQB”nin tutduğu 32 yaraqlını Rusiyadan Belarusa kim göndərib?  – VİDEObackend

"KQB"nin tutduğu 32 yaraqlını Rusiyadan Belarusa kim göndərib?  – VİDEO

Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları seçkilərdən əvvəl sabitliyi pozmaq üçün ölkəyə 200-ə yaxın yaraqlının gələcəyini bildiriblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BelTA agentliyi yayıb.

Mənbə bildirir ki, Minskə gələn və ələ keçirilən yaraqlıların 32 nəfəri Rusiya vətəndaşı olub.

“Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, seçki kampaniyası zamanı vəziyyəti gərginləşdirmək üçün ərazimizə 200-dən çox yaraqlının gəlməsi barədə məlumat daxil olub. Rusiyalıların hər birinin yanında kiçik əl çantası olub. Üç böyük ağır çamadan isə bir neçə kişi tərəfindən nəqliyyat vasitəsinə yüklənib” deyilib.

Onlar əvvəlcə Minskə gəliblər, sonra şəhərin yaxınlığındakı bir sanatoriyaya gediblər.

“Kiçik qruplarda sanatoriyanın ərazisini və ətrafını diqqətlə araşdırıblar. Bu gecə Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) “A” qrupu “OMON”un dəstəyi ilə 32 nəfəri tutub. Bundan əlavə, ölkənin cənubunda daha bir nəfər tapılaraq ələ keçirilib”, – mesajda bildirilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*