Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Rusiyanın Türkiyədəki yeni səfiri olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Verşinin 2017-ci ildən bu vəzifədə çalışan Aleksey Erxovu əvəz edəcək.
Qeyd edək ki, Sergey Verşinin 2018-ci ilin martından Rusiya xarici işlər nazirinin müavini vəzifəsini tutub, ona qədər isə Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru olub.
Eyni zamanda, 2011-ci ildən Xarici İşlər Nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsində işləyib. Bu vəzifədə o, “Yaxın Şərq dördlüyü” (Rusiya, ABŞ, Aİ və BMT) danışıqlarında Rusiyanı təmsil edib.
2013-cü ildən müxtəlif beynəlxalq formatlarda iştirak edərək Suriya nizamlanmasında fəallıq göstərib. O, 2017-ci ilin yanvarından Astana formatı danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri olub, Cenevrə və Vyanada Suriya müxalifətinin nümayəndələri ilə görüşlərdə iştirak edib.
Müşviq Tofiqoğlu
KONKRET.az