Rusiyadan ilk açıqlama gəldi: Sizinlə birlikdə kədərlənirikbackend

Rusiyadan ilk açıqlama gəldi: Sizinlə birlikdə kədərlənirik

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Prezidenti İlham Əliyevə Aktauda AZAL-a məxsus təyyarənin qəzası səbəbindən çoxsaylı insan ölümü ilə bağlı başsağlığı verib.

KONKRET.az xəbər verir ki, başsağlığında qeyd olunur:

“AZAL” aviaşirkətinin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına bütün dağıstanlılar adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Dərdinizi səmimi-qəlbdən bölüşür, Sizinlə birlikdə kədərlənirik.

Xəsarət alanların tezliklə şəfa tapmasını arzulayırıq”.

Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*