“Moskva İstanbul danışıqlarından irəliləyiş gözləməməyə çağırıb”.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, mümkün kompromislərin müzakirəsi qapalı formatda aparılmalıdır.
“Memorandum əvvəlcə qapalı formatda Ukrayna tərəfinə verilib. Daha sonra müzakirə aparılıb. Danışıqlar başlamazdan əvvəl bizə təhvil verilən Ukrayna sənədi dərc olunub. Bundan sonra tərəfimiz öz variantını dərc etmək qərarına gəlib”, – Peskov bildirib.
O, İstanbuldakı danışıqlardan söz açarkən “təcili qərarların və ya irəliləyişlərin gözlənilmədiyini” deyib.
“Burada hər hansı bir təcili qərar və ya irəliləyiş gözləmək düzgün olmazdı. Amma iş gedir. İstanbulda müəyyən razılaşmalar əldə olunub, onlar vacibdir. Bu razılaşmalar həyata keçiriləcək”, – Kreml sözçüsü vurğulayıb
Müşviq Tofiqoğlu
KONKRET.az