Rusiyadan “Nüvə çağırışı” – Bu, yeni “Perl Harbor”durbackend

Rusiyadan "Nüvə çağırışı" - Bu, yeni "Perl Harbor"dur

Bu gün Rusiya strateji aviasiyasına endirilmiş kütləvi PUA hücumu ölkənin ictimai-siyasi dairələrində ciddi rezonans doğurub.

KONKRET.az xəbər verir ki, Rusiya seqmentində fəaliyyət göstərən bir çox Telegram kanalı bu hadisəni artıq “Rusiyanın Perl Harboru” adlandırıb.

Qeyd olunur ki, bəzi istifadəçilər və kanallar Kremlə nüvə cavabı verməyə çağırır, “hələ cavab verəcək silahlarımız qalarkən, susmaq olmaz” şüarları ilə çıxış edirlər.

Ekspertlər bu ritorikanın artmasının cəmiyyətə və beynəlxalq aləmə təhlükəli siqnallar göndərdiyini qeyd edir, lakin rəsmi Kreml tərəfindən hələlik bu çağırışlara münasibət bildirilməyib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*