Rusiyalı deputat Litvaya səsləndi: “Belarusun daxili işlərinə qarışmayın!”backend

Rusiyalı deputat Litvaya səsləndi: “Belarusun daxili işlərinə qarışmayın!”

Litva Seyminə təqdim olunan Rusiya ilə Belarus arasındakı müqavilələrə dair qətnamə Belarusda vəziyyəti qızdırmağa davam edən suveren dövlətlərin işlərinə birbaşa və açıq müdaxilədir.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitə rəhbəri Leonid Slutski deyib.

Cümə axşamı günü Litva Seyminə beynəlxalq ictimaiyyəti Belarus Prezidenti Aleksandr Lukaşenkonun bağladığı yeni müqavilələri tanımamağa çağıran bir qərar təqdim edilib.

Litva parlamenti Rusiyadan “Belarusun daxili və xarici siyasətinə qarışmamasını, Belarus xalqının suverenliyini məhdudlaşdıracaq yeni sərhədyanı müqavilələr bağlamaq cəhdində qanunsuz Belarus liderinin hərəkətlərini dəstəkləməməsini” tələb etmək istəyir.

Litva siyasətçiləri “ölkənin suverenliyini qanunsuz yollarla məhdudlaşdırmağa” cəhd edilsə, Rusiya Federasiyasına və Lukaşenkoya qarşı əlavə sanksiyalar tətbiq etmək istəyirlər.

“Litva Seyminin Rusiya ilə Belarus arasındakı müqavilələrə dair qərarı suveren dövlətlərin işlərinə birbaşa və açıq müdaxilədir. Belarus xalqı adından danışmaq haqqını Litva parlamentarilərinə kim verib?”. Slutski jurnalistlərə belə deyib.

“Bu cür qiymətləndirmələr və bəyanatlar sabitləşməni təşviq etməkdən uzaqdır, ancaq Belarusdakı vəziyyəti qızdırmağa davam edir” deyə deputat vurğulayıb.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*