Rusiyalı deputatın ünvanına ölüm hökmü göndərildi backend

Rusiyalı deputatın ünvanına ölüm hökmü göndərildi 

Rusiya Federasiyası Dövlət Dumasının deputatı Natalya Poklonskaya Telegram kanalında bildirib ki, ona “Sağ sektor” Kiyevdən poçtla ölüm hökmü göndərib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Krımın keçmiş prokurorunu “yaxalayıb yaxın divarın dibində güllələməklə” təhdid ediblər.

“Yaxşı ki, ölüm hökmündə bunları yazmayıblar: “Bir ifritə kimi ocaqda yandırmaq!”, “Ayının caynağına atmaq”. Onların beyinləri yaxşı işləmir”, – deyə Poklonskaya yazıb.

Deputat bolşevikləri və “qırmızı terror”u qınamaq hüququna malik olmayan yaraqlıları “heyvanlar” adlandırıb: “Onların əlinə fürsət düşsəydi, 1937-ci ildəki kimi hamını qırardılar”.

“Birbaşa Kiyevin altında yeni qaz kameraları quraşdırardılar, Donetsk yaxınlığında isə QULAQ açardılar. Və Ukraynada yeni Dneprdə qan su yerinə axardı… ” – deyə keçmiş prokuror bildirib.

Poklonskaya qeyd edib ki, “Sağ sektor ” yalnız ona deyil, bütün Ukraynaya hökm verib, ölkə prezidenti Vladimir Zelenski isə onlarla səssizcə razılaşıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*