Rusiyalı ekspert: Paşinyanın populizmi sağlam düşüncə çərçivəsinə sığmırbackend

Rusiyalı ekspert: "Paşinyanın populizmi sağlam düşüncə çərçivəsinə sığmır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasının qarantı olan ölkələrə meydan oxuyur, Yerevanın Azərbaycanla sülhə hazır olmadığına açıq şəkildə eyham vurur.

Bunu Oxu.Az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov deyib.

“Nikol Paşinyanın Xankəndində çıxışı coşqun fantaziyanın uçuşmasına daha çox oxşayır və fikrimcə, Ermənistan əhalisi bunu gözəl başa düşür. Paşinyan işğal olunmuş ərazilərdə çıxış etməklə Bakıya və Qarabağ münaqişəsini həll etməyə çalışan digər ölkələrə eyham vurur ki, Ermənistan sülhə hazır deyil”, – politoloq N.Paşinyanın ötən gün Xankəndində “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir” sözlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan Baş nazirinin populist davranışı sağlam düşüncə çərçivəsinə sığmır:

“Bu ya tam laqeydsizlikdir və razılığa gəlməyin vacibliyini başa düşməmək istəyidir, ya da Paşinyan kiminləsə razılağa gəlməyə çalışır və bu davranışı sərgiləmək üçün hansısa təminatlar alıb. İstənilən halda onun etdiyi hər şey sağlam düşüncə çərçivəsinə sığmır. Qeyd etmək lazımdır ki, Paşinyan Xankəndindəki çıxışı ilə sübut etməyə çalışır ki, Qarabağ erməniləri və Ermənistan bir ölkədir, bu da, həmçinin sülh nizamlanması ilə məşğul olan ölkələrə çağırışdır. Elə təəssürat yaranır ki, Ermənistan və onun lideri onlardan başqa heç kəsin olmadığı paralel gerçəklikdə yaşayır”.

Y.Mixaylov vurğulayıb ki, N.Paşinyanın bəyanatı Ermənistanın daxili auditoriyasına hesablanıb, o, ölkə əhalisi arasında populyarlığını sürətlə itirir:

“Paşinyanın populyarlığını itirməsi aşkardır və o, erməni millətinin böyük gələcəyi haqqında populist çıxışlar edir. Ermənistanın nəinki 5 milyon əhalisi olmayacaq, hətta qeyd edilən 3 milyon əhalidən yalnız miqrasiya üçün pulu çatmayanlar ölkədə qalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*