Rusiyalı gənc model: Adi adamlarla görüşə bilmərəm – FOTOLARbackend

Rusiyalı gənc model: Adi adamlarla görüşə bilmərəm - FOTOLAR

Rusiyalı gimnast Karolina Sevastyanova London Olimpiadasında medal qazandıqdan dərhal sonra idmanı tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı çempionat.com nəşri yayıb.

On yeddi yaşlı idmançı model olmağa qərar verib.

İrina Viverin cəhdlərinə baxmayaraq, o, modellik biznesinə girib və idmanla əlaqəli bir çox varlı insanların diqqətini çəkib.

Karolina dərhal bukmeykerlərdən biri ilə müqavilə bağlayıb. NTV Plus-da həftəlik proqrama aparıcılıq edib, Moskva Dövlət Universitetində prodüser və məşqçi kimi təhsil alıb.

Məşhurlara aid bir sıra sevgi romanları Karolinadan da yan keçməyib. Onun futbolçu Artur Yusupovla olan sevgisindən danışmağa başlayıblar.

“Mən adi adamlarla görüşə bilmərəm. Bu, çox gözəl səslənmir. Ancaq yanımdakı insan özünə güvənən, cəsarətli, etibarlı, xarizmatik, aktiv və firavan olmalıdır” deyə Karolina sevdiyi adamlardan danışıb.

Karolina Aleksandr Oveçkin ilə tanış olmağa başlayıb. Sonra o, Rusiya Hokkey Federasiyasının birinci vitse-prezidenti, Qazprombank-ın vitse-prezidenti Roman Rotenberg ilə görüşüb. Ancaq sonradan hər ikisi sadəcə yaxşı dost olduqlarını etiraf ediblər.

İndi Sevastyanova varlı ailədən olan bir gənc iş adamı Aleksandr Mazanovla görüşür. Bu yaxınlarda o, gimnasta lüks bir “Mercedes” avtomobili hədiyyə edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*