Rusiyalı general Avropada genişmiqyaslı müharibə təhlükəsini açıqladıbackend

Rusiyalı general Avropada genişmiqyaslı müharibə təhlükəsini açıqladı

“Ukraynadakı münaqişənin Avropada genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalı istisna oluna bilməz və Rusiyanın yeni hərbi münaqişələrə cəlb olunma ehtimalı artır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının general-polkovniki Vladimir Zarudnitski bildirib.

“Rusiya Federasiyası üçün strateji əhəmiyyət kəsb edən şərtlərdə Rəsmi Moskva digər silahlı münaqişələrə baş vuracaq”.

Onun fikrincə, Ukraynadakı müharibə Rusiya ilə Qərb ölkələri arasında böhranlı qarşıdurmanı dərinləşdirəcək.

“Çünki mövcud dünya düzəni ziddiyyətlərin artması ilə müşahidə olunur, bu problemlərin həlli faktiki olaraq hərbi gücə bağlıdır. Ukraynada münaqişə Avropada genişmiqyaslı müharibəyə qədər davam edə bilər”, – Zarudnitski yazıb.

“Dövlətimizə qarşı hərbi təhdidlərin əsas mənbəyi ABŞ və müttəfiqlərinin Rusiyanı tamamilə zəiflətmək, onun suverenliyini məhdudlaşdırmaq və ərazi bütövlüyünü məhv etmək üçün yeni tipli hibrid müharibə aparan anti-Rusiya siyasətidir”.

Bəzi hərbi ekspertlərə görə, Zarudnitskinin şərhləri Qərbin uğursuz əks-hücumdan sonra Ukraynaya daha çox silah və pulla kömək etmək üçün mübarizə apardığı bir vaxta təsadüf edir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*