Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlarda iştirak etmək üçün İstanbula uçub.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Qeyd edək ki, son üç ildə ilk birbaşa Rusiya-Ukrayna danışıqları mayın 16-da İstanbulda baş tutub. İki saata yaxın davam edən görüşdən sonra tərəflər “1000-ə 1000” formatında əsirlərin mübadiləsi və atəşkəs planlarını təqdim etmək barədə razılığa gəliblər.