Rusiyalı politoloq: “Tehrandan yenidən barışdırıcı bəyanatlar eşidəcəyik”backend

Rusiyalı politoloq: "Tehrandan yenidən barışdırıcı bəyanatlar eşidəcəyik"

“Bakı ilə gərginlik yaranarsa, İran, ilk növbədə, öz ərazisindən keçən və Azərbaycanı Naxçıvanla birləşdirən yeganə yolu bağlasın”.

KONKRET.az xəbər verir ki, bu fikirləri politoloq Stanislav Tarasov özünün analitik şərhində vurğulayıb. O qeyd edib ki, Ermənistanın özünü necə aparmassından da çox şey asılıdır. Rəsmi İrəvan Moskva ilə ittifaqda bir cür, Qərblə ittifaqda isə fərqli mövqe sərgiləyir:

“Bir məqamı da qeyd edək. Hərbi təlimləri ölkənin ərazi bütövlüyü və təhlükəsizliyini təmin edən İran ordusu deyil, ölkə ərazisindən kənarda hərbi əməliyyatlara cavabdeh olan İran İnqilabı Keşikçiləri Korpusu keçirir. Ona görə də İranın hərbi təlimləri təkcə region ölkələrinə deyil, həm də regiondan kənar oyunçulara bir siqnaldır. Təhlükə ondan ibarətdir ki, söhbət artıq geosiyasi lövhədəki parçaları yerindən tərpətmək istəyindən deyil, Tehranın öz təhlükəsizliyini hərbi yolla gücləndirmək üçün formalaşan psixoloji hazırlığından gedir. Vəziyyətdən çıxış yolu İranın ümumqafqaz siyasi və geosiyasi proseslərə qoşulmasıdır ki, bu da ikinci Qarabağ müharibəsindən sonra edilməyib. Bəs Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan buna hazırdırmı?

Bu arada, Zaqafqaziyada vəziyyət gərgin olaraq qalır, baxmayaraq ki, bir müddət sonra Tehrandan yenidən barışdırıcı bəyanatlar eşidəcəyik, Bakıya və İrəvana səfərlər, bir neçə dəfə olduğu kimi, dərin dostluq və əməkdaşlıq təminatları görəcəyik. Keçmişdə olduğu kimi”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*