Rusiyalı rejissor Özbəkistanda film çəkir – Boksçunun həyatına həsr olunubbackend

Rusiyalı rejissor Özbəkistanda film çəkir – Boksçunun həyatına həsr olunub

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Rusiyalı rejissor Artem Mixalkov “Mister Nokaut” filminin çəkilişi üçün üçün heyətlə  Özbəkistana gəlib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, məlumatı Uzbekkino milli agentliyinin mətbuat xidməti yayıb.

“Mister nokaut” bioqrafik bir dramdır. Film məşhur Sovet boksçusu, 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu, altı qat SSRİ çempionu və Sovet boksçuları arasında yeganə Vela Barker kubokunun sahibi Valeriya Popençenkonun həyatına həsr olunacaq.

Gələcək olimpiya çempionu Valeri Popençenkonun uşaqlığı müharibədən sonrakı illərə düşüb. O, Daşkəndin Suvorov məktəbində oxuyub.

                                                                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*