Rusiyalı səfir Belarus Xarici İşlər Nazirliyinə çağrıldı  – MİNSKDƏ NƏ BAŞ VERİR?backend

Rusiyalı səfir Belarus Xarici İşlər Nazirliyinə çağrıldı  - MİNSKDƏ NƏ BAŞ VERİR?

Rusiyanın Minskdəki səfiri Dmitri Mezentsev Belarus Xarici İşlər Nazirliyinə çağrılıb, özəl hərbi “Vaqner” şirkətinin 33 döyüşçünün tutulmasını müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi diplomata istinadən məlumat yayıb.

“Belarus Respublikasının Xarici İşlər Nazirliyindəki görüş günün ilk yarısında keçirilib” deyib.

İyulun 29-da dövlət xəbər agentliyi BelTA bildirib ki,  “Vaqner” şirkətinə məxsus olan 32 Rusiya və bir Belarus vətəndaşı tutulub.

Doğum illəri ilə tutulanların adlarının tam siyahısı dərc edilib. Agentliyin məlumatına görə, seçkiqabağı dövrdə vəziyyəti gərginləşdirmək üçün 200-ə yaxın “Vaqner”çi ölkəyə daxil olub.

İyulun 29-da axşam Prezident Aleksandr Lukaşenko Belarus Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb və Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Valeri Vakulçikə “nə baş verdiyini” izah etmək üçün Rusiya dövlət orqanlarına müraciət etməyi tapşırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*