Rusiyalı teleaparıcının erməni dostu Azərbaycana qarşı döyüşdə məhv edildibackend

Rusiyalı teleaparıcının erməni dostu Azərbaycana qarşı döyüşdə məhv edildi

Məşhur rusiyalı televiziya aparıcısı Lera Kudryavtseva abunəçilərinə onu şok edən faciədən danışıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

“Mənim yaxşı dostum Armen Knyazyan Dağlıq Qarabağda (ermənilər tərəfindən işğal edilən Azərbaycan torpağı) öldü. Qarabağa getdi, artıq o yoxdur. Armen inanılmaz dərəcədə  mehriban insan idi. Sonsuza qədər yaddaşımdasan! Dünyanın başı xarab olub. Dayanın!” – ulduz İnstagramda paylaşıb.

Tərəfdarları ona rəğbətlərini dilə gətiriblər və ruhdan düşməməyini xahiş ediblər.

Haşiyə: Hansı peşə sahibi olduğu bilinməyən bu erməni dığası rus qızına nə edibsə, onun üçün çox doğma olub. Bəlkə də heç nə etməyib, sadəcə azərbaycanlılara qarşı vuruşan hər kəs onlara doğma sayılır. Bunu isə dünyanın hər yerinə səpələnən 50 milyonluq Azərbaycan xalqı bilməlidir. Bu müharibədə bir daha sübut olundu ki, 300 ilə yaxındır ki, Azərbaycanın başına min oyunlar açan çar Rusiyasından, indi də Rusiya Federasiyasından heç nə gözləməyə dəyməz. Yalnız güclü dövlət olduğunu bildiyimizdən müəyyən vasitələrlə Kremli bu Vətən Müharibəsindən uzaqda tutmaq lazımdır.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*