“Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar” – Şröderbackend

"Rusiyanı məğlub etmək istəyənlər tarixə baxsınlar" - Şröder

Rusiya üzərində qələbəyə inanan hər kəsə tarix kitablarına nəzər salmağı məsləhət görürəm. 

KONKRET.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

O qeyd edib ki, nə Napoleon, nə də Hitler Rusiyanı məğlub edə biliblər.

Şröder hesab edir ki, Qərb Ukraynada münaqişənin eskalasiyasının mümkün perspektivini düzgün qiymətləndirmir. O, Rusiyanın hərəkətlərini ciddi səhv adlandırsa da, Qərbin Rusiyanın tarixən əsaslandırılmış təhlükəsizlik maraqlarına əhəmiyyət vermədiyinə diqqət çəkib.

“Məhz biz almanlar, II Dünya müharibəsinin tarixini və Almaniya adına törədilən cinayətləri nəzərə alaraq, diqqətli və konstruktiv hərəkət etməliyik”, – keçmiş kansler bildirib.//Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*