“Rusiyanı Zəngəzur dəhlizi yox, başqa şeylər düşündürür”backend

"Rusiyanı Zəngəzur dəhlizi yox, başqa şeylər düşündürür"

“Qərb, Mərkəzi Asiya ölkələri və Azərbaycan Zəngəzur dəhlizində maraqlıdır”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş baş nazirinin müavini, hazırda Ermənistan-Amerika Universitetinin Biznes və İqtisadiyyat Kollecinin dekanı Vaçe Qabrielyan deyib.

Onun sözlərinə görə, Qərbin marağı daha çox Mərkəzi Asiya və Azərbaycanın iqtisadi potensialından, ilk növbədə onların enerji resurslarından istifadə kontekstindədir.

Bununla bağlı Qabrielyan əlavə edib ki, “sərhədlər” və “dəhlizlər” anlayışları aydınlaşdırma tələb edir – bu məsələlərlə məşğul olanlar onlara hansı məntiqi əsas götürürlər? Qabrielyanın fikrincə, Zəngəzur və digər dəhlizlər hesabına region ölkələrin məhsullarının Qərbə sadələşdirilmiş axını təmin ediləcək. Bəs Rusiyanın bunda marağı nədir?

Baş nazirin müavini deyib ki, Rusiyanın belə bir iqtisadi marağı yoxdur. Sadəcə marşrutların Ermənistandan keçməsindən daha çox bu dəhlizə nəzarət etməkdə maraqlıdır:

“Onlar Azərbaycanla eyni şövqlə işləyirlər. İqtisadi-siyasi əlaqələri,  ticari münasibətlərini İranla möhkəmləndirmək üçün Şimal-Cənub dəhlizi kimi əsas isiqaməti Ermənistana yox, Azərbaycana yönləndirməkdə görürlər”.

Qabrielyan onu da qeyd edib ki, Rusiya iqtisadi fəaliyyətin əsas vasitəçi kimi Ermənistanı seçməyib. Onların əsas kommunikasiya kanalı həmişə Azərbaycan olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*