Rusiyanın 109 kəndi işıqsız, susuz qalıbbackend

Rusiyanın 109 kəndi işıqsız, susuz qalıb

Rusiyanın Smolensk vilayətində yağan qar səbəbindən 109 kənd işıqsız, istiliksiz və susuz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Smolenskin Novoduginsk kəndinin sakinlərinin sözlərinə görə, bu səbəb yerli hakimiyyət orqanlarının hazırlıqsızlığı olub:

“Məmurlar qar yağandan sonra aşmağa və elektrik naqillərini qırmağa başlayan köhnə ağacları vaxtında kəsməyə diqqət yetirməyiblər”.

Bildirilib ki, vilayətin 100-dən çox kəndi bir neçə sutkadır bu vəziyyətdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*