Rusiyanın 11 ildir axtardığı narkotacir Azərbaycanda saxlanıldıbackend

Rusiyanın 11 ildir axtardığı narkotacir Azərbaycanda saxlanıldı

Rusiyaya bir neçə yüz kiloqramdan artıq heroin gətirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxs hazırda Azərbaycandan Rusiya Federasiyasına ekstradisiyasını gözləyir.

Emomov Taqaymurod xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 11 ildən artıqdır ki, axtarışda olub. İttiham tərəfinin fikrincə, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində xüsusilə təhlükəli cinayətlərin təşkilində təqsirli bilinir.

Emomov kuryerlər şəbəkəsi vasitəsilə Rusiyaya yüzlərlə kiloqram heroini idxal edib. Bu işdə təqsirkarların çoxu əvvəllər cinayət məsuliyyətinə cəlb edilib, həmçinin təşkilatçı qismində Emomovun əleyhinə ifadə veriblər, bəziləri isə artıq həbsdən azad ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*