Rusiyanın atəşkəs memorandumu: Görün, nələr tələb edir!backend

Rusiyanın atəşkəs memorandumu: Görün, nələr tələb edir!

Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı memorandumunda atəşkəs üçün iki variant var.

KONKRET.az xəbər verir ki, bu barədə memorandumla tanış olan “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, birinci variant Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən Ukrayna qoşunlarının çıxarılmasını nəzərdə tutur.

İkinci təklif paket xarakterlidir: bu, qoşunların yerdəyişməsinə qadağa, səfərbərliyin dayandırılması və Kiyevə xarici hərbi yardımın verilməsinə aiddir.

Bu variant həmçinin üçüncü ölkələrin hərbi mövcudluğunun aradan qaldırılmasını və Ukraynada elan edilmiş hərbi vəziyyətin ləğvini nəzərdə tutur.

Bundan əlavə, təklifdə Ukraynada hərbi vəziyyətin ləğvindən sonra 100 gündən gec olmayaraq seçkilərin keçirilməsini nəzərdə tutur.

Memorandumun əsas hissələri bunlardır:

– Ukraynanın neytrallığı, hərbi ittifaqlara üzv olmaması;

– Ukraynanın qeyri-nüvə statusu, silahlı qüvvələrin sayına məhdudiyyət qoyulması;

– Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi;

– Krım, Luqansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya daxil olmasının beynəlxalq hüquqi tanınması;

– Hərbi əməliyyatlar nəticəsində dəymiş zərərin ödənilməsi üçün qarşılıqlı tələblərdən imtina;

– Rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, Ukrayna Pravoslav Kilsəsinin fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, nasizmin tərənnüm edilməsinin qadağan edilməsi.

Qeyd edək ki, iyunun 2-də İstanbulun Çırağan sarayında Ukrayna və Rusiya nümayəndə heyətləri arasında növbəti görüş keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*