Estoniyanın Baş naziri Kaja Kallas ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi Rusiyanın aktivlərinin müsadirə edilməsini istəyib.
KONKRET.az xəbər verir ki, o, bu barədə “Financial Times”a müsahibəsində bildirib.
“Seçkilər həmişə təlatümlü dövr olub. Ona görə də əhəmiyyətli seçkilərə qədər əlimizdən gələni etməliyik”, – Estoniyanın baş naziri vurğulayıb.
Onun sözlərinə görə, Rusiya aktivlərinin ələ keçirilməsi ölkə iqtisadiyyatına təzyiq göstərəcək və Ukraynadakı münaqişənin sona çatmasına kömək edəcək.
Jurnalistlər qeyd edirlər ki, bu sözlər Avropa ölkələrinin hakimiyyət orqanlarının ABŞ-nin keçmiş prezidenti Donald Trampın hakimiyyətə mümkün qayıdışından və bunun Qərblə Rusiya arasında münasibətlərə və Ukraynaya dəstəyinə necə təsir edə biləcəyi ilə bağlı narahatlığını göstərir.
Estoniya Xarici İşlər Nazirliyinin rəsmisi Yonatan Vseviyov daha əvvəl ABŞ seçkiləri öncəsi Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulmasına çağırıb. Bloomberg-in məlumatına görə, bəzi rəsmilər və Aİ-yə üzv dövlətlər fevralın 24-dək Rusiyanın aktivləri ilə bağlı yekun razılığa gəlməyə ümid edirlər.
Ariz Həsənoğlu,
KONKRET.az