“Rusiyanın cənubu itiriləcək, bütün ərazilər türkləşəcək”backend

“Rusiyanın cənubu itiriləcək, bütün ərazilər türkləşəcək”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Zəngəzur dəhlizinin təcili açılmasının vacibliyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı erməni türkoloq Andranik İspiryan jurnalistin bir neçə sualını cavablandırıb.

Jurnalist: “Ərdoğanın Zəngəzur dəhlizi məsələsilə bağlı tələskənliyini nə ilə izah edərdiniz?”

İspiryan: “Təbii ki, Türkiyənin 100 ildən artıq arzusu türk dünyasına qoşulmaqdır. Daha dərinə getməyəcəm. Ərdoğan Turan ideyası ilə türk dünyası ilə əlaqə yaratmağa çalışır. Zəngəzur dəhlizi bu baxımdan çox əhəmiyyətlidir. Bu dəhlizlə Türkiyə-Azərbaycan əlaqəsi Türkiyə üçün bölgədə çox böyük bir kozıra çevrilir. Ermənistanı kəsməklə türk dünyası birləşir, Rusiya oyundankənar vəziyyətə düşür və İranın milli təhlükəsizliyi təhdid edilir”.

Jurnalist: “Türk dünyasının birləşməsi nə dərəcədə realdır və bu məsələdə hansı ölkə türk planına qarşı çıxa bilər?”

İspiryan: “Türkiyə müxtəlif yollarla başqa ölkələrdə yaşayan türkdilli əhaliyə millətçilik, türkçülük aşılamağa, onları böyük bir millətin parçası olduğuna ruhlandırmağa çalışır. Təsadüfi deyil ki, türklərin bir qolu Çinə uzanıb. Çünki burada uyğur məsələsi var. Çin, təbii ki, bunu çoxdan anlayır, türk təbliğatı ilə bağlı türk xüsusi xidmət orqanlarının uyğurlar arasında gördüyü işləri aydın görür. Rəsmi Pekin bütün bunlara qarşı ciddi tədbirlər görür. Belə ki, uyğurlar Çinin müxtəlif bölgələrinə səpələniblər. 200 milyona qədər uyğur zorən Çinin başqa ərazilərinə köçürülüb. Milliyyətçilik nümayiş etdirməyə başlayan uyğur hücrələri dərhal dağıdılır. Eyni problem İrandadır. Artıq Türkiyənin təsiri altında olan etnik iranlılar özlərinin türk olduqlarına inanmağa başlayıblar. Türkiyə bundan istifadə edib o hissəni İrandan qoparmağa, türk dünyasının bir parçası etməyə çalışır.

Bu baxımdan İran Zəngəzur dəhlizinə qarşıdır. Həm də bu, təkcə İranın şimalı ilə bağlı ən ciddi təhlükə deyil. Ümumiyyətlə, bu dəhliz İranın xarici aləmə çıxmasına da real təhlükədir. Heç kimə sirr deyil ki, İranın yük maşınları Ermənistan vasitəsilə Avropaya gedir. Yaxşı bilirsiniz ki, İran bir sıra sanksiyalara görə blokadadadır”.

Jurnalist: “Cənab İspiryan, bizim İran timsalında bu məsələdə müttəfiqimiz varmı?”

İspiryan: “İran və Çin. Bilirsiniz, Turan ideyası Rusiya üçün də milli təhlükəsizlik məsələsidir. SSRİ dağılanda Türkiyənin xüsusi xidmət orqanları Rusiyanın türkdilli muxtar respublikalarında çox fəallaşdılar. Təsadüfi deyil ki, Çeçenistanda Rusiyaya qarşı kifayət qədər türk təlimatçıları var idi ki, onlar da başqa yerlərdə təxribatlar törətməyə çalışırdılar. O dövrdə Rusiyada xeyli vəqflər açıldı, məscidlərin nəzdindəki ruhani dərnəklərdə türkçülük, millətçilik təbliğ edildi. Təbii ki, Rusiya bütün bunlardan xəbərdar idi, lakin hazırda İran kimi buna qarşı dirənməmələri təəccüblüdür. Türk dünyası bu ərazidə formalaşarsa, Rusiyanın cənubu itiriləcək. Qeyd edək ki, Qafqaz dağlarından Rostova qədər bütün hissə türkdillidir. Türk dünyası ideyası Rusiya, İran, Çin və təbii ki, Ermənistan üçün çox təhlükəlidir”.

Jurnalist: “Bir anlığa Zəngəzur dəhlizinin həyata keçdiyini təsəvvür etsək, Türkiyə və Azərbaycanla birgə həmin ərazidən istifadə etmək nə dərəcədə mümkündür. Belə olan təqdirdə təhlükəsizliyin qarantı kim olacaq, nəzarəti kim həyata keçirəcək?”

İspiryan: “Ermənistan hakimiyyəti belə düşünür ki, yollar açıldıqdan sonra türk yük maşını iks nöqtəsindən daxil olur, iqriq nöqtəsində Ermənistanın sərhəd məntəqəsinə gedir, dünyada qəbul edildiyi kimi, müvafiq yoxlama və prosedurlardan keçir. Amma Türkiyə və Azərbaycan dəhliz tələb edir, yəni yoxlanılmayacaq, yəni açıq ünsiyyət üçün yol açılır, gömrük orqanı və nəzarət isə yoxdur. Nə istəsə, aparacaqlar, istədikləri qədər alacaqlar, bu yolla gəlib gedəcəklər. Bu dəhliz faktiki olaraq Ermənistan vasitəsilə Türkiyə və Azərbaycanın ərazisinə çevriləcək. Çünki onlar istəyirlər ki, yol onların olsun. Yəni onlar Ermənistanın nəzarətində olmayacaq bir yola sahib olmaq istəyirlər”.

Jurnalist: “Bəs Türkiyə Laçın dəhlizinin bağlanması baxımından hansı rol oynayır?”

İspiryan: “Təbii ki, Türkiyə bunu dəstəkləyir. Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Bakıda bəyan etdi ki, bu yol Azərbaycan ərazisidir və öz ərazisi ilə istədiyi kimi davrana biləcək. Bu, artıq onu göstərir ki, Türkiyə Azərbaycanın birbaşa dəstəkçilərindən biridir”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*