Rusiyanın dondurulmuş aktivləri Ukraynaya verilir – 1 milyard avrobackend

Rusiyanın dondurulmuş aktivləri Ukraynaya verilir – 1 milyard avro

Ukrayna iyul ayına qədər dondurulmuş Rusiya aktivlərindən 1 milyard avro gəlir əldə edə bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen açıqlama verib.

Onun bu elanı Avropa İttuifaqının (Aİ) 27 liderinin üzv dövlətlərdəki depozitorlarda dondurulmuş Rusiya aktivlərindən Ukraynaya illik 3 milyard avroya qədər faizlərin verilməsi təklifini dəstəkləməsindən sonra səsləndirilib.

Liderlərin təsdiqini alqışlayan fon der Leyen, “qeyri-adi qazancın və ya immobilizasiya edilmiş aktivlərin Ukraynanın hərbi məqsədlər üçün istifadəsinə güclü dəstəyin olması” kimi qiymətləndirib.

Mənfəətin böyük hissəsi Rusiyanın işğalçı müharibəsinə müqavimət göstərən Ukrayna silahlı qüvvələrini silahlandırmaq və təchiz etmək üçün istifadə olunacaq.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*