Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə oldubackend

Rusiyanın Ermənistandakı səfiri İranla sərhəddə oldu

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin İran-Ermənistan sərhədində dislokasiya olunan Federal Təhlükəsizlik Xidməti (FTX) Sərhədyanı İdarəsinin 127-ci dəstəsini ziyarət edib.

KONKRET.az xəbər verir ki, məlumatı Rusiyanın Ermənistandakı səfirliyi yayıb.

Bildirilib ki, səfiri dəstənin rəisi A.Şerbakov qarşılayıb. O, gələn ilə fəaliyyət göstərməsinin 70-ci illiyi qeyd olunacaq dəstənin tarixi və gördükləri işlə bağlı səfiri tanış edib.

Xatırladaq ki, FTX qoşunu Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərini mühafizə edir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiya sərhədçilərinin ölkədən çıxarılması ilə bağlı məsələyə baxacaqlarını deyib.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*